Bakıda oğru qadın yaxalanıb

Hadisə Materials 27 Mart 2013 10:57 (UTC +04:00)
Bakıda əvvəllər məhkum olunmuş oğru qadın yaxalanıb.
Bakıda oğru qadın yaxalanıb

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İzzət/

Bakıda əvvəllər məhkum olunmuş oğru qadın yaxalanıb.

Bakı Şəhər Baş Polis İdarəsi mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 26-da Azadlıq prospektində yerləşən ticarət mərkəzində Zaqatala rayon sakini Sürayyə Balayeva Bakı şəhər sakini Könül Qəmədovaya məxsus, içərisində 107 manat və sənəd olan pul kisəsini oğurladığı üçün Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən yaxalanıb.

Fakta bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Sürayyə Balayeva əvvəllər də məhkum həyatı yaşayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti