...

Mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib

Hadisə Materials 5 Aprel 2013 05:05 (UTC +04:00)
Mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib. Trend Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
Mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib. Trend Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olublar.

Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 00:03-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti