Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.İzzət/
Bakıda avaraçılıq və dilənçiliklə məşğul olan 12 nəfər saxlanılıb.
Trend Daxili İşlər Nazirlyinin rəsmi məlumatına istinadən xəbər verir ki, Çevik Polis Alayının və Binəqədi RPİ-nin əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 12 nəfər (onlardan 4-ü qadın, 8-i azyaşlı) saxlanılıb.
Saxlanılanlar İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə təhvil veriliblər.