Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İzzət/
Bakıda avtomobilin sürət həddini aşması qəza ilə nəticələnib.
Bakıda gecə saatlarında yolda sürət həddini aşan "VAZ" markalı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə onu eyni istiqamətdə hərəkət edən taksiyə çırpıb. Daha sonra ani olaraq istiqamətini təxminən 90 dərəcə dəyişən minik avtomobili bardürləri də aşaraq yolun kənarındakı hasara çırpılıb.
Trend həmin qəzanın video görüntüsünü oxuculara təqdim edir.
Video Player