...

Bir ay öncə itkin düşən şəxsin meyiti tapıldı

Hadisə Materials 4 May 2013 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend/

8 aprel 2013-cü il tarixində itkin düşmüş və Şirvan kanalının Ağdaş rayonunun Ərəb kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1968-ci il təvəllüdlü İbrahim Şirəli oğlu Məmmədovun axtarışları başa çatıb.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Məmmədovun meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 10:10-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti