...

Polis işçisi Şamaxıda dəhşətli qəza törədib, 3 nəfər ölüb, 2-si yaralanıb

Hadisə Materials 20 May 2013 13:02 (UTC +04:00)
Bakı-Şamaxı yolunda 3 nəfərin ölümü,2 nəfərin xəsarət alması ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib.
Polis işçisi Şamaxıda dəhşətli qəza törədib, 3 nəfər ölüb, 2-si yaralanıb

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/

Bakı-Şamaxı yolunda 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib.

Trend Kanal S-ə istinadən xəbər verir ki, hadisə ötən gecə Şamaxı şəhəri, Bəhyəddin Mirzəyev küçəsində qeydə alınıb. Bakı şəhər sakini, Səbuhi Əsgərovun idarə etdiyi "EM-622" tranzit nömrə nişanlı "Range Rover" markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq hasara çırpılıb. Zərbə o qədər güclü olub ki, sürücü və digər 2 sərnişin, Bakı şəhər sakinləri - 1983-cü il təvəllüdlü Rafael Rzayev və 1991-ci il təvəllüdlü Fərhad İbrahimov dünyasını dəyişib.

Digər iki sərnişin isə ağır bədən xəsarətləri alıb. Yaralılar - 1981-ci il təvəllüdlü Kamal Qurbanov və 1983-cü il təvəllüdlü Orxan Məmmədov Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Qeyd edək ki, hadisə nəticəsində həlak olan sürücü Səbuhi Əsgərov Səbail rayon Polis İdarəsinin əməkdaşıdır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti