...

Çuxuryurd gölündə batmış şəxsin cəsədi aşkarlanıb

Hadisə Materials 17 İyun 2013 22:49 (UTC +04:00)
Çuxuryurd gölündə batmış şəxsin cəsədi aşkarlanıb. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verib.
Çuxuryurd gölündə batmış şəxsin cəsədi aşkarlanıb

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Çuxuryurd gölündə batmış şəxsin cəsədi aşkarlanıb. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində (ən yaxın xilasetmə məntəqəsindən 140 km aralıda) Çuxuryurd gölündə batmış 1992-ci il təvəllüdlü Anar Fikrət oğlu Allahverənin axtarışları başa çatıb.

A.Allahverənin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 21:07-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti