Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir T.Cəfərov/
İranın Çabahar şəhərində polis idarəsinin girişində terrorçu-intiharçı zərərsizləşdirilib. Bu barədə Trend IRNA-ya istinadən məlumat verir.
Hadisə yerli vaxtla 09:10-da baş verib.
Şəhərin meri İrac Heydəri bildirib ki, polis əməkdaşı cinayətkarı müəyyənləşdirərək atəş açıb və terrorçunun cavab atəşi ilə yaralanıb.
Hadisə nəticəsində terrorçu öldürülüb. Onun üzərində "şəhid kəməri", qumbara və tapança aşkarlanıb.