...

İraqda partlayışlar səngimir, ölən və xəsarət alanların sayı artıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 15 İyul 2013 04:44 (UTC +04:00)
Bazar günü axşam saatlarında İraqda baş verən bir neçə partlayış nəticəsində ən azı 15 nəfər ölüb, onlarla şəxs xəsarət alıb.
İraqda partlayışlar səngimir, ölən və xəsarət alanların sayı artıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 00:20-də yayılıb)

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Bazar günü axşam saatlarında İraqda baş vermiş bir neçə partlayış nəticəsində ən azı 27 nəfər ölüb, 110 nəfər xəsarət alıb.

Trend "Assoşieyted Press" agentliyinə istinadən xəbər verirki, terror hücumları iftar vaxtına az qalmış baş verib. Kərbəla şəhərindəki partlayış zamanı 4 nəfər ölüb, 19-u xəsarət alıb. Nəsiriyyə şəhərində 2 nəfər terror hücumunun qurbanı olub, yaralıların sayı 25 nəfərə çatıb.

"Anadolu" agentliyinin məlumatına görə, Bəsrə şəhərin mərkəzində üç ayrı yerdə yerləşdirilmiş bombanın işə düşməsi nəticəsində 8 nəfər həlak olub, 36 nəfər yaralanıb.

Vasit şəhərində bomba yüklü avtomobilin partladılması 4 nəfərin həyatına son qoyub, 28 nəfər xəstəxanaya yerləşdirilib.

Bundan başqa, Fəllucə şəhərinin Nizal məhəlləsində naməlum silahlı şəxslər polis məntəqəsinə basqın ediblər. Nəticədə 1 polis işçisi ölüb, 2-si xəsarət alıb. Əndəlüs məhəlləsində isə iki nəfər tərəfindən sakinlərə atəş açılıb. İki nəfərin öldüyü bildirilir.

Əl-Müseyib (6 ölü), əl-Kut və əl-Ənbar şəhərlərində terror aktları baş verib.

Yaralıların sayının artacağı istisna edilmir.

Qeyd edək ki, bundan əvvəl ölkədə baş vermiş partlayışlar zamanı 15 nəfərin öldüyü bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti