...

Bakıda “VAZ”la “Volksvagen” toqquşub, ölən və xəsarət alanlar var

Hadisə Materials 20 İyul 2013 10:50 (UTC +04:00)
Bakıda baş verən avtomotil qəzası ölümlə nəticələnib.
Bakıda “VAZ”la “Volksvagen” toqquşub, ölən və xəsarət alanlar var

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İzzət/

Bakıda baş verən avtomotil qəzası ölümlə nəticələnib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 20-i saat 00:30 radələrində Suraxanı rayonu Dədə Qorqud yaşayış sahəsində İlham Eyvazovun idarə etdiyi "VAZ-2107" və Elsevər Xanbatovun idarə etdiyi "Volksvagen-Passat" markalı avtomobillər toqquşub.

Nəticədə, "VAZ-2107" markalı avtomobilin sərnişini Rövşən Qasımov hadisə yerində ölüb, Eyvazov və "Volksvagen" markalı avtomobilin sərnişini Aytac Xanbatova 3 saylı xəstəxanaya yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti