...

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Hadisə Materials 3 Avqust 2013 20:53 (UTC +04:00)
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var.
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Suraxanı rayonunda "VAZ 2101" və "KİA" markalı iki minik avtomobili toqquşub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, deformasiyaya uğramış "VAZ 2101" markalı avtomobilin sürücüsü və "KİA" markalı avtomobildə olan 1 nəfər sərnişin xəsarət alıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobillərdə sıxılmış vəziyyətdə qalmış hər iki vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti