...

Bakıda qətldə şübhəli bilinən keçmiş məhkum həbs olunub

Hadisə Materials 28 Avqust 2013 10:33 (UTC +04:00)
Bakıda Ordubad sakinini qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz sakini tutulub.
Bakıda qətldə şübhəli bilinən keçmiş məhkum həbs olunub

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İzzət/

Bakıda Ordubad sakinini qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz sakini tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 27-də Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət- Axtarış Şöbəsi və 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ordubad rayon sakini Rasim Nağıyevin qətlində şübhəli bilinən Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş Zöhrab Əsgərov tutulub.

Qeyd edək ki, iyunun 20-də Bakıda, Nərimanov rayonu Daş karxanası küçəsində çoxsaylı bıçaq xəsarətləri ilə Rasim Nağıyevin meyiti aşkar edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti