Azərbaycan, Bakı, 13 sentyabr /Trend/
İrandan Azərbaycana tiryək keçirmək cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Orxan Qazıyevin üzərində gömrük nəzarəti zamanı ondan 6 ədəd bükümdə, ümumi xalis çəkisi 56,494 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Həmçinin, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Antalya-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Ələkbər Ələkbərliyə məxsus çantaya gömrük baxışı keçirilib. Baxış zamanı çantadan gömrük nəzarətinə təqdim olunmayan 3 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, həmin əşyalar əzici-vurucu xassəyə malik soyuq silahlar hesab edilib.