...

Cəlilabadda 18 yaşlı gənci boğaraq öldürüblər

Hadisə Materials 16 Sentyabr 2013 10:05 (UTC +04:00)
Cəlilabadda 18 yaşlı gənci boğaraq öldürüblər.
Cəlilabadda 18 yaşlı gənci boğaraq öldürüblər

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İzzət/

Cəlilabadda 18 yaşlı gənci boğaraq öldürülüb.

Trend xəbər verir ki, sentyabrın 15-də axşam saatlarında Cəlilabad rayonunda 1980-ci il təvəllüdlü Mirzəyev Elnur Mirzə oğlu 1995-ci il təvəllüdlü Bayramov Niyaməddin Eyyub oğlunu öldürüb. Mirzəyev rayonun Cəlair kəndindən təxminən 1 km aralıda şəxsi münaqişə zəminində baş verən dava zamanı şalvarının bel kəməri ilə Bayramovu boğaraq öldürüb.

Faktı Trend-ə Cəlilabad rayon Prokurorluğundan da təsdiq ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti