...

Siyəzəndə 13 yaşlı uşağın buduna armatur batıb

Hadisə Materials 16 Sentyabr 2013 10:24 (UTC +04:00)
Siyəzəndə 13 yaşlı uşaq ehtiyatsızlıqdan ağır xəsarət alıb.
Siyəzəndə 13 yaşlı uşağın buduna armatur batıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İzzət/

Siyəzəndə 13 yaşlı uşaq ehtiyatsızlıqdan ağır xəsarət alıb.

Trend Regional TV-yə istinadən xəbər verir ki, gecə saatlarında Siyəzəndə bədbəxt hadisə baş verib. Siyəzən şəhəri Heydər Əliyev küçəsi 137 ünvanında yaşayan 2000-ci il təvəllüdlü Məmmədov Məmməd Azər oğlunun bud nayihəsinə armatur batıb.

O, Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Yaralıya sağ bud nayihəsinin üçdə birinin deşilmiş yarası diaqnozu qoyulub. Onun vəziyyəti ağır olduğundan ilkin yardımdan sonra paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib. İndi o, həmyaşıdları kimi məktəbdə parta arxasında oturmaqdansa, xəstəxana palatasında yatmalı olacaq.

Siyəzən Rayon Polis Şöbəsinin növbətçi hissəsindən verilən məlumata görə, hadisə Məmməd Məmmədovun dəmir hasardan keçməsi zamanı baş verib. Ehtiyatsızlıqdan armatur onun ayağına batıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti