...

Bakıdakı yanğında ana və iki azyaşlı uşaq təxliyyə olunub (FOTO)

Hadisə Materials 18 Sentyabr 2013 15:01 (UTC +04:00)
Bakıda yaşayış binasında baş verən yanğında ana və iki övladı təxliyyə olunub.
Bakıdakı yanğında ana və iki azyaşlı uşaq təxliyyə olunub (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İzzət/

Bakıda yaşayış binasında baş verən yanğında ana və iki övladı təxliyyə olunub.

Bakıda baş verən yanğın zamanı ana və iki azyaşlı uşağı təxliyyə edilib. Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakının Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən qonşu mənzildən iki azyaşlı uşaq və ana təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti