Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İ.İzzət/
Bakı İstintaq təcridxanasında qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 30-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən məhkum İsa Telman oğlu Süleymanovun kamerasına baxış keçirilib. Baxış zamanı onun əynində olan idman gödəkçəsinin sağ yan cibindən daxilində "Sim" danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.
Qedy edək ki, 1989-cu il təvəllüdlü İsa Süleymanov Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.