...

Qobustanda yol qəzası olub, 2 nəfər ölüb

Hadisə Materials 6 Oktyabr 2013 21:15 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı-Şamaxı yolunun 62-ci kilometrliyində Qobustan rayonu ərazisində "VAZ" markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Qobustanda yol qəzası olub, 2 nəfər ölüb

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Qobustanda ağır yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı-Şamaxı yolunun 62-ci kilometrliyində Qobustan rayonu ərazisində "VAZ" markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü Səmədov Ramiz Ələddin oğlu, sərnişini Səmədova Minarə Ömər qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış halda qalıblar.

Cəsədlər təhlükəsizlik qaydalarına riayət olunmaqla yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil veriliblər.

Xəbər lenti

Xəbər lenti