...

Rusiyadan Azərbaycana qanunsuz olaraq qandallar və dəyənəklər keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 8 Oktyabr 2013 17:26 (UTC +04:00)
Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Rusiyadan Azərbayana gətirilən dəyənək və qandallar aşkarlanıb.
Rusiyadan Azərbaycana qanunsuz olaraq qandallar və dəyənəklər keçirilməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İzzət/

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Rusiyadan Azərbayana gətirilən dəyənək və qandallar aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşı Xammədov İsmayıl Abbas oğlunun idarə etdiyi "Mersedes 0303" markalı, "BB 94478" dövlət nömrə nişanlı sərnişin avtobusuna gömrük baxışı keçirilib.

Baxış zamanı ev ləvazimatları kimi bəyan olunan əşyaların arasından 5 ədəd dəyənək və 8 ədəd qandal aşkar olunaraq götürülüb.

Qeyd edək ki, müvafiq icazə olmadan bu əşyaların ölkəyə gətirilməsi qanunla qadağandır.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti