...

Sumqayıtda avtomobili səkiyə çırpılıb, sürücü ölüb

Hadisə Materials 28 Oktyabr 2013 06:04 (UTC +04:00)
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayıtda avtomobili səkiyə çırpılıb, sürücü ölüb

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt şəhərində "Mercedes" markalı minik avtomobili səkiyə çırpılıb. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü 1991-ci təvəllüdlü Elvin Faiq oğlu Qənbərov hadisə yerində vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən E.Qəmbərovun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti