...

Cəzaçəkmə müəssisəsində məhkumdan mobil telefon götürülüb

Hadisə Materials 11 Noyabr 2013 12:10 (UTC +04:00)
Fakt üzrə araşdırma aparılır.
Cəzaçəkmə müəssisəsində məhkumdan mobil telefon götürülüb

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Penitensiar xidmətin və 15 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Trend-in Penitensiar xidmətin rəsmi saytına istinadən verdiyi məlumata görə, 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1983-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə təqsirli bilinərək 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Cavadxan Hacımahama oğlu Hacıyevin üzərinə baxış keçirilən zaman alt paltarının içərisində gizlətdiyi daxilində danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti