Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir İ.İzzət/
Şəkidə 39 yaşlı qadın intihar edib.
Şəki rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, dekabrın 22-də 1974-cü il təvəllüdlü Əbdürrəhmanova Əntiqə Abakər qızı Şın kəndində yaşadığı evdə özünü asaraq intihar edib.
Hələlik intiharın səbəbləri məlum deyil. Lakin onun ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, 39 yaşlı Əntiqə Əbdürrəhmanova iki övlad anasıdır.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.