...

Lənkəranda qəbiristanlıqda yanğın baş verib

Hadisə Materials 24 Dekabr 2013 09:58 (UTC +04:00)
Trend CTV-yə istinadən xəbər verir ki, yanğın dünən saat 21:00 radələrində “Kiçik Bazar” qəbiristanlığı ərazisində gözətçi otağı və qəbiristanlığa aid olan anbarda qeydə alınıb.
Lənkəranda qəbiristanlıqda yanğın baş verib

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Lənkəranda qəbiristanlıqların birində yanğın hadisəsi baş verib.

Trend CTV-yə istinadən xəbər verir ki, yanğın dünən saat 21:00 radələrində "Kiçik Bazar" qəbiristanlığı ərazisində gözətçi otağı və qəbiristanlığa aid olan anbarda qeydə alınıb.

Dərhal hadisə yerinə Lənkəran yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Qısa müddət ərzində yanğının qarşısı alınıb.

Məlum olub ki, ərazidəki anbar və gözətçi otağı 51 yaşlı Əlisa
Məmmədova məxsusdur. Ümumi sahəsi 160 kv.m olan tikilinin 50 kv.m-i tamamilə yanıb.

Yanğının baş verməsinin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, qəbiristanlıq ərazisindəki yanğın, qəbir daşlarından bir neçə metr aralıda yerləşdiyindən, hər hansı qəbir daşına ziyan
dəyməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti