...

Gəncədə ZİL iki azyaşlı piyadanı vurdu

Hadisə Materials 29 Dekabr 2013 20:41 (UTC +04:00)
Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
Gəncədə ZİL iki azyaşlı piyadanı vurdu

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Trend Kəpəz TV -yə istinadən məlumat verir ki, bu gün saat 17 radələrində Gəncənin Museyib Bağırov küçəsində piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Akif İsmayılovun idarə etdiyi ZİL markalı su maşını yolu keçmək istəyən iki azyaşlı piyadanı vurub. Yaralılar dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti