Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İ.İzzət/
Bakıda bir neçə avtomobildən oğurluq etmiş şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakıda müxtəlif avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Elnur Bağırov tutulub.
E.Bağırov 2013-cü il dekabrın 25-nə keçən gecə Zərdabi küçəsində Afiq Hacıyevə məxsus "İnfiniti" markalı avtomobildən şüşəni sındırmaq yolu ilə kompüter, planşet, sənədlər, 2014-cü il yanvarın 1-də K.Rəhimov küçəsində Bakı şəhər sakini Nahid Məmmədova məxsus "Mercedes" markalı avtomobildən şüşəni sındırmaq yolu ilə sənədlər, yanvarın 2-də Yeni Yasamalda Toğrul Sadıqova məxsus "Toyota Land-Cruzer" markalı markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində 1000 manat və 300 ABŞ dollar olan pul kisəsi, eləcə də yanvarın 5-nə keçən gecə H.Zərdabi küçəsində İlham Hacıyevə məxsus "Toyota" markalı, Elnur Əlizadəyə məxsus "Mitsubishi" markalı, Ə.Salamzadə küçəsində Kamran Rzayevə məxsus "Hyundai-Sonata" markalı avtomobillərdən oğurluq etməkdə şübhəli bilinir.