Azərbaycan, Bakı, 21 yanvar /Trend/
İki mağazadan oğurluq etmiş Masazır qəsəbə sakinləri tutulublar.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Famil İsmayılova və Maya Paşayevaya məxsus mağazalardan pul, tütün məmulatı və danışıq kartı oğurlamış Masazır qəsəbə sakinləri Mülkədar Rəhimov və İbiş Heydərov tutulublar.
M.Rəhimovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 19-da Cavid Dəmirova məxsus "VAZ-2106" markalı avtomobildən mobil telefon oğurlaması da müəyyən edilib.