...

Bakıda şadlıq evindən oğurluq edilib

Hadisə Materials 22 Yanvar 2014 11:16 (UTC +04:00)
Bakıda şadlıq evinin səsgücləndirici avadanlıqlar oğurlanıb.
Bakıda şadlıq evindən oğurluq edilib

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda şadlıq evinin səsgücləndirici avadanlıqlar oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,

yanvarın 20-nə keçən gecə, Bakı şəhər sakini Seyran Ağazadəyə məxsus Xoyski küçəsində yerləşən şadlıq evindən, mətbəxin plastik qapısını sındırmaq yolu ilə zaldan səsgücləndirici avadanlıqlar oğurlanıb. Nərimanov Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin cinayət-axtarış qrupu əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən iki nəfər tutulub. Bunlar Bakı şəhər sakinləri Cəsur Hüseynov və Ceyhun Ağalarov olublar.

Faktla əlaqədar cinayət işi açılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti