...

Sumqayıtda 74 yaşlı qadın mənzilində halsız vəziyyətdə aşkarlanıb

Hadisə Materials 27 Mart 2014 15:41 (UTC +04:00)
Sumqayıtda 74 yaşlı qadın mənzilində halsız vəziyyətdə aşkarlanıb.
Sumqayıtda 74 yaşlı qadın mənzilində halsız vəziyyətdə aşkarlanıb

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İzzət/

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1940-cı il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə damdan enərək daxil olublar.

Mənzilə baxış keçirilərkən vətəndaş halsız vəziyyətdə aşkarlanıb. Vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Əməliyyat saat 13:40-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti