...

Bakı sakininin 6 min dollar pulunu mənimsəmiş şəxs tutulub

Hadisə Materials 14 Aprel 2014 13:03 (UTC +04:00)
Bakıda vətəndaşın etibarından sui-istifadə edərək pulunu mənimsəyən şəxs tutulub.
Bakı sakininin 6 min dollar pulunu mənimsəmiş şəxs tutulub

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda vətəndaşın etibarından sui-istifadə edərək pulunu mənimsəyən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Murad Abbasov tutulub.

Məlum olub ki, o, martın 10-da M.Cəlal küçəsində Bakı şəhər sakini Mehman Gözəlovun etibarından sui-istifadə edərək onun 6 min ABŞ dollar pulunu alıb qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti