...

Şəkidə maskalı quldurlar 74 yaşlı qadına hücum ediblər

Hadisə Materials 26 May 2014 12:10 (UTC +04:00)
Bu gün səhər saatlarında Şəkidə bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı maskalı şəxslər 74 yaşlı qadına hücum ediblər.
Şəkidə maskalı quldurlar 74 yaşlı qadına hücum ediblər

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İzzət/

Bu gün səhər saatlarında Şəkidə bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı maskalı şəxslər 74 yaşlı qadına hücum ediblər.

Trend Kanal S-ə istinadən xəbər verir ki, hadisə səhər 06:00 radələrində Şəkidə 20 Yanvar küçəsi ilə Təranə Vahabova küçəsinin kəsişməsində yerləşən 2 nömrəli mənzildə qeydə alınıb.

İlkin məlumatlara görə, şəhər sakini Ərəbova Gülxar Şaban qızı səhər saatlarında qapını açıb evdən çıxmaq istəyərkən iki nəfər maskalı şəxs qəfildən ona hücum edib. Bu zaman həmin şəxslərdən biri ona yumruqla zərbələr endirib və bıçaq xəsarətləri yetirib.

Xəsarət alan şəxs dərhal xəstaxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata əsasən, qadın bədəninin sol bazu oynağı, boynun sol hissəsi, sol qaş nahiyəsi və başın ənsə nahiyəsinin kəsilmiş yaraları ilə xəstəxanaya daxil olub.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) 74 yaşlı qadının maskalı şəxslər tərəfindən bıçaqlanması faktını təsdiqləyiblər. Hazırda faktla əlaqədar Şəki ŞRPŞ-də araşdırmalar aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Qeyd edək ki, xəsarət alan şəxsin oğlu bu yaxınlarda dünyasını dəyişib və bu gün mərhumun 40 mərasimi olacaqmış.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti