...

DİN Cəlilabadda ildırım vurması zamanı ölən və yaralananlarla bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 28 May 2014 12:46 (UTC +04:00)
Cəlilabad rayonu ərazisində ildırım vurması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
DİN Cəlilabadda ildırım vurması zamanı ölən və yaralananlarla bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir İ.İzzət/

Cəlilabad rayonu ərazisində ildırım vurması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 27-də Cəlilabad rayonu Söyüdlü kəndinin ərazisində kənd sakinləri Meyxanım Abbasovanı, Murad Abbasovu və Lənkəran şəhər sakini Lətafət Əliyevanı ildırım vurub.

M.Abbasova hadisə yerində ölüb, digərləri xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti