...

Bakıda sərnişin avtobuslarının toqquşması nəticəsində xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır

Hadisə Materials 5 İyun 2014 12:10 (UTC +04:00)
Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alan 12 nəfərdən ikisinin vəziyyəti ağırdır.
Bakıda sərnişin avtobuslarının toqquşması nəticəsində xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.Mehdiyev/

Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alan 12 nəfərdən ikisinin vəziyyəti ağırdır. Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Xəsarət alanlardan 8 nəfəri 3 saylı Sabunçu klinik xəstəxanasında, 2-si Klinik Tibbi Mərkəzdə yerləşdirilib, digər iki nəfəri isə yerində tibbi yardım göstərilməklə buraxılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında metronun Qara Qarayev stansiyasının yaxınlığında 1 və 36 saylı marşrut avtobusları toqquşub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti