azərbaycan, Bakı, 12 iyun /Trend/
Ağdaşın Qaradeyin kənd sakini, 1992-ci il təvəllüdlü Mənsur Hüseynov ildırım vurması nəticəsində ölüb.
Trend EL TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün saat 20:30 radələrində baş verib. Həmin vaxt sahədə qoyun otaran Mənsur Hüseynov at belində telefonla danışırmış.
Hadisə zamanı 1 at, 1 quzu da tələf olub. İldırım vuran 2 inək isə hələlik sağdır.