...

Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxslər xilas edilib

Hadisə Materials 21 İyun 2014 16:47 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“Türkan” sularda xilasetmə postundan təxminən 500 metr sağda, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər nazirliyin “Türkan” sularda xilasetmə postunun xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 15:17-də başa çatıb.
Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxslər xilas edilib

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxslər xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə ("Türkan" sularda xilasetmə postundan təxminən 500 metr sağda, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər nazirliyin "Türkan" sularda xilasetmə postunun xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 15:17-də başa çatıb.

Bundan başqa, Sumqayıt şəhəri ərazisində dənizdə ("Sumqayıt" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər FHN-in "Sumqayıt" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 15:40-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti