...

Sumqayıtda qadına zor tətbiq edərək qızıl boyunbağısını alanın şəxsiyyəti müəyyən edilib

Hadisə Materials 26 İyun 2014 13:13 (UTC +04:00)
İyunun 25-də Sumqayıt şəhəri, 5-ci mikrorayonun ərazisində naməlum şəxs şəhər sakini Nazilə Məhərrəmovaya zor tətbiq edərək qızıl boyunbağısını alıb.
Sumqayıtda qadına zor tətbiq edərək qızıl boyunbağısını alanın şəxsiyyəti müəyyən edilib

Azərbaycan, Bakı, 26 iyun /Trend/

İyunun 25-də Sumqayıt şəhəri, 5-ci mikrorayonun ərazisində naməlum şəxs şəhər sakini Nazilə Məhərrəmovaya zor tətbiq edərək qızıl boyunbağısını alıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Hüseynov tərəfindən törədilməsi müəyyən edilib.

Sumqayıt ŞPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti