...

Ağdaşda baş verən yol qəzası ölümlə nəticələnib

Hadisə Materials 3 İyul 2014 12:36 (UTC +04:00)
Ağdaş rayonunda Azərbaycan və Gürcüstan vətəndaşlarının idarə etdiyi avtomobillərin toqquşması ölümlə nəticələnib.
Ağdaşda baş verən yol qəzası ölümlə nəticələnib

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlkin İzzət/

Ağdaş rayonunda Azərbaycan və Gürcüstan vətəndaşlarının idarə etdiyi avtomobillərin toqquşması ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 3-də saat 03 radələrində Ağdaş rayonu ərazisində Gürcüstan vətəndaşı Adil Nazarovun idarə etdiyi "Ford" və Ucar rayon sakini Fərman Nağıyevin idarə etdiyi "VAZ-2101" markalı avtomobillər toqquşub. A.Nazarovun sərnişini - Sumqayıt şəhər sakini Ələddin Osmanov və "VAZ-2101"ın sürücüsü F.Nağıyev xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, F.Nağıyev orada ölüb.

Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti