...

Bakıda yük avtomobili avtoyuma məntəqəsində işçini vuraraq öldürüb

Hadisə Materials 11 İyul 2014 14:54 (UTC +04:00)
Bakı şəhər sakini idarə etdiyi avtomobillə avtoyuma mənqətəsində adam vurub.
Bakıda yük avtomobili avtoyuma məntəqəsində işçini vuraraq öldürüb

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İlkin İzzət/

Bakı şəhər sakini idarə etdiyi avtomobillə avtoyuma mənqətəsində adam vurub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 10-da Bakı şəhər sakini Yadigar Qədimov idarə etdiyi "ZİL" markalı avtomobili Türkan qəsəbəsinin ərazisində yerləşən avtoyuma məntəqəsinə salarkən orada işləyən Bəxtiyar Əliyevi vurub. Xəstəxanaya yerləşdirilmiş B.Əliyev orada ölüb.

Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti