...

Bakıda cəzaçəkmə müəssisəsinə gətirilən yeməyin içindən telefonlar çıxdı (FOTO)

Hadisə Materials 4 Avqust 2014 16:22 (UTC +04:00)
Bakıda 2 saylı cəzaçəkmə müəssisəsinə mobil telefonlar keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakıda cəzaçəkmə müəssisəsinə gətirilən yeməyin içindən telefonlar çıxdı (FOTO)

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir İlkin İzzət/

Bakıda 2 saylı cəzaçəkmə müəssisəsinə mobil telefonlar keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ramin Muxtar oğlu Atakişiyevin yanına qısamüddətli görüşə gəlmiş qohumu vətəndaş Ramil Oqtay oğlu Daniyevin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı yeməklə dolu qazanın içərisində düzəldilmiş gizli saxlanc yerindən 2 (iki) ədəd "Nokia" markalı mobil telefon aparatları, 2 (iki) ədəd elektrik qidalandırıcısının hissələri və 2 (iki) ədəd qulaqcıq aşkar edilərək götürülüb.

Qeyd edək ki, Ramin Atakişiyev Cinayət Məcəlləsinin 181.2.5 (Quldurluq; silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti