...

Qəbələdə iki "Mersedes" toqquşub, iki nəfər ölüb

Hadisə Materials 8 Avqust 2014 08:52 (UTC +04:00)
Qəbələdə iki "Mersedes" toqquşub, iki nəfər ölüb.
Qəbələdə  iki "Mersedes" toqquşub, iki nəfər ölüb

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Qəbələdə iki "Mersedes" toqquşub, iki nəfər ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı - Oğuz yolunun 225-ci km-də Qəbələ rayonu ərazisində vətəndaşlara məxsus "Mersedes" markalı 2 minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, minik avtomobillərindən biri deformasiyaya uğrayıb, sürücü və 1 sərnişinin meyiti avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə meyitləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti