Azərbaycan, Bakı, 11 sentyabr /Trend/
Bakıda intihara cəhdin qarşısı alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər intihar etmək məqsədi ilə beşmərtəbəli binanın damına çıxıb. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Aparılmış psixoloji sohbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və o, binanın damından enib.