Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bakı şəhər sakinindən beşbarmaq, bıçaq və dəyənək götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beynəlxalq Hava Limanında Bakı şəhər sakini Murad Hacıyevdən 1 ədəd beşbarmaq, 1 ədəd bıçaq və 1 ədəd dəyənək götürülüb.
Faktla bağlı araşdırma aparılır.