...

Azərbaycan gömrükçüləri tərəfindən daha bir neçə qaçaqmalçılıq faktının qarşısı alınıb

Hadisə Materials 26 Sentyabr 2014 12:53 (UTC +04:00)
Azərbaycan gömrükçüləri qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən məhsulları müsadirə ediblər.
Azərbaycan gömrükçüləri tərəfindən daha bir neçə qaçaqmalçılıq faktının qarşısı alınıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan gömrükçüləri qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən məhsulları müsadirə ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşı Alıyev Rafig Maharram oğlunun idarə etdiyi "Mercedes Benz Vito" markalı Y 478 CY 161 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda gömrük nəzarəti həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda arxa oturacaq və söykənəcək hissədə xüsusi düzəldilmiş gizli saxlanc yerlərindən 2000 qutu üzərində aksiz markası olmayan "Marlboro" siqaretləri aşkar olunaraq götürülüb.

Spirtli içkilərin və tütün məmulatlarının qaçaqmalçılığı ilə bağlı daha bir fakt isə Gəncə və Sumqayıt Gömrük idarələrinin birgə keçirdiyi əməliyyata nəticəsində aşkar edilib. Əməliyyat zamanı Gəncə şəhər sakini 30 yaşlı Əskərov Toğrul Ramiz oğlunun idarə etdiyi VAZ 21074 markalı avtomobilə baxış keçirilmiş və avtomobilin salonundan üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan xaricdə istehsal olunmuş 176 ədə araq, 2 ədəd viski, 8 ədəd şərab , 13 enerji içkisi , eyni zamanda müxtəlif markalı 564 qutu siqaretlər aşkar edilərək götürülüb.

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda isə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Türkiyə vətəndaşı Sabuncu Tanerin idarə etdiyi "Mercedes Benz" markalı 08K6425/08K6495 nömrə nişanli yük avtomilinə gömrük baxışı keçirilib. Gömrük baxışı zamanı avtomobildən invoysda göstərilməyən və gömrük orqanına düzgün bəyan olunmayan 14 adda 94 min271 ədəd elektrik, santexnika avadanlıqları və tikinti malları aşkar olunub.

Bütün faktlar üzrə təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti