...

İsmayıllıda itkin düşmüş 25 yaşlı gəncin meşədə meyiti tapılıb

Hadisə Materials 15 Oktyabr 2014 13:33 (UTC +04:00)
İtkin düşmüş İsmayıllı rayon sakininin meyiti meşədə tapılıb.
İsmayıllıda itkin düşmüş 25 yaşlı gəncin meşədə meyiti tapılıb

İsmayıllıda itkin düşmüş 25 yaşlı gəncin meşədə meyiti tapılıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İlkin İzzət/

İtkin düşmüş İsmayıllı rayon sakininin meyiti meşədə tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cari il sentyabr ayının 26-da İsmayıllı rayonunun Diyallı kənd sakini Məhəmməd Kərimov evdən çıxıb, geri qayıtmayıb.

Oktyabrın 14-də Diyallı kəndinin meşə zolağında M.Kərimovun ağacdan asılmış vəziyyətdə olan qismən cürüməyə məruz qalmış meyiti tapılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri görülür.

Qeyd edək ki, İsmayıllı rayonunun Diyallı kənd sakini Əhman Kərimov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan oğlu, 31.07.1989-cu il təvəllüdlü Məhəmməd Kərimov bu il sentyabrın 26-da səhər evdən xəbərsiz çıxaraq gedib, bir daha geri qayıtmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti