...

Cəlilabadda 3 nəfər toyda içdiyi spirtli içkidən zəhərlənib

Hadisə Materials 16 Oktyabr 2014 13:33 (UTC +04:00)
Cəlilabad şəhər sakinləri alkoqoldan zəhərləniblər.
Cəlilabadda 3 nəfər toyda içdiyi spirtli içkidən zəhərlənib

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlkin İzzət/

Cəlilabad şəhər sakinləri alkoqoldan zəhərləniblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 15-də Cəlilabad şəhər sakinləri Həmid Nəsirov, Aqil Əliyev və Orxan Nəsirov alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilib və ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

İlkin məlumatlara əsasən, onlar toy məclisində içdikləri spirtli içkidən zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti