Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İlkin İzzət/
Bakıda avaralıq və dilənçiliklə məşğul olan daha 3 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsi əməkdaşları tərəfindən avaralıq və dilənçiliklə məşğul olan bir qadın, bir kişi və bir azyaşlı saxlanılıb. Onlar xəbərdarlıq edildikdən sonra buraxılıblar.
Qeyd edək ki, son bir həftə ərzində Bakıda avara və dilənçi həyat tərzi keçirən 150 nəfərdən çox adam saxlanılıb.