Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İlkin İzzət/
Bakıda quldurluq hadisəsi baş verib.
Xəzər Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, rayonda 39 yaşlı Aynurə Rüstəmovanın yaşadığı Qala qəsəbəsindəki evinə aldatma yolu ilə girmiş maskalı şəxslər onu bıçaqla hədələyərək 485 manat pul və mobil telefonunu aparıblar.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törədən paytaxt sakinləri Əsgər Əsgərov və Hatəm Bağırov tutulublar.