Azərbaycan, Bakı, 14 fevral /Trend/
Bakıda avaralıq və dilənçiliklə məşğul olan şəxslər barəsində tədbirlər görülüb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Binəqədi RPİ əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 3 qadın barəsində protokol tərtib edilib və 2 azyaşlıya isə xəbərdarlıq olunaraq buraxılıblar.