Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İlkin İzzət/
Biləsuvar rayon sakini qısqanclıq zəminində birgə yaşadığı qadına bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 15-də Biləsuvar rayon sakini Elmar Hümmətli Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində kirayədə yaşadığı evdə qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Gəncə şəhər sakini Leyla Əliyevaya bıçaqla xəsarət yetirib.
Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hümmətli tutulub. Faktla bağlı araşdırma aparılır.