...

Bir gündə 59 cinayət faktı qeydə alınıb

Hadisə Materials 19 Mart 2015 13:44 (UTC +04:00)
Ötən gün ərzində Azərbaycanda 59 cinayət faktı qeydə alınıb.
Bir gündə 59 cinayət faktı qeydə alınıb

Azərbaycan, Bakı, 19 mart /Trend/

Ötən gün ərzində Azərbaycanda 59 cinayət faktı qeydə alınıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınıb, onların da 19-u "isti izlər"lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti