...

DİN: Polisə tabe olmayan şəxsin avtomobilindən və evindən narkotik və silah-sursat götürülüb

Hadisə Materials 31 Mart 2015 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İlkin İzzət/

Polisə tabe olmayan şəxsin avtomobilindən və evindən külli miqdarda narkotik və silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 30-da saat 12 radələrində Astara şəhərində Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Ayaz Hüseynov xidmətdə olarkən özünü şübhəli aparan "Kia" markalı avtomobilin sürücüsü Seymur Əliyevə yaxınlaşıb və sənədlərini təqdim etməsini tələb edib. Polisə tabe olmayan S.Əliyev avtomobili hərəkətə gətirib və A.Hüseynova ayaq nahiyəsindən xəsarət yetirdikdən sonra hadisə yerini tərk edib.

A.Hüseynovun avtomobilinə baxış zamanı 250 qram heroin, evindən isə 1 kiloqram 100 qram tiryək, 20 qram həşiş, 1 qram antefamin həbi, 1 ədəd müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng, 54 ədəd patron və 1 ədəd beşbarmaq-bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti